Bizə sualınız var?

Pambıqçılıq

Pambıq əkimı, pambıq becərilməsi, pambığın ilk emalı.

Məhsullar

Şirkət Uluk,tiftik,mahlıc və çiyid kimi pambıq xammal məhsulları istehsal edir.

Filiallarımız

Şirkətin Ucar və Saatlıda yerləşən Pambıq zavodları ilə yanaşı 18 fərqli rayonda filialları mövcuddur.

Məhsullarımız

Mahlıc

Mahlıc məhsulun rənginə görə 5 növə və hər növ öz növbəsində zibillik dərəcəsinə görə 5 sinifə bölünür. Şirkətimizin pambıq emalı zavodlarında demək olar ki, bütün növ və siniflərə uyğun mahlıc istehsal olunur. İstehsal olunmuş mahlıc pressdə kipləşdirilərək 1 kipin çəkisi 195-215 kq və kiplərin sayı 220 olmaqla markalara ayrılır.

Uluk

Şirkətimizin hər bir pambıq emalı zavodlarında xam pambığın emalı zamanı həmçinin pambıq tullantısı kimi Uluk məhsulu alınır. Xam pambığın növündən, tüklülük dərəcəsindən, zibilliyindən və rəngindən asılı olaraq iki tipə bölünur. Uluk məhsulu da pressdə kipləşdirilərək daxili və xarici bazarda satılır.

Lint

Pambıq linti (İngilis lint - lif) - uzun liflər ayrıldıqdan sonra pambıq toxumlarından əldə edilən 15 mm uzunluğa qədər olan qısa pambıq lifləridir. Lint əsasən pambıq yünü, çubuq, çap və su hopturan materiallar, süni liflər, filmlər, laklar, partlayıcı maddələr və digər məhsullar üçün xammal kimi istifadə olunur.

Tiftik

Şirkətimizin hər bir pambıq emalı zavodlarında xam pambığın emalı zamanı linterləmədən sonra siklonlarda tutulan zibilli və tozlu lif olaraq Tiftik də alınır. Xam pambığın növündən asılı olaraq iki qrupa bölünür. Tiftik məhsulu da pressdə kipləşdirilərək daxili və xarici bazarda satılır.

Çiyid

Şirkətimizin hər bir pambıq emalı zavodlarında xam pambığın emalından toxumluq və texniki olmaqla çiyid məhsulu alınır. Toxumluq çiyid Şirkət tərəfindən səpin zamanı istifadə olunur. Texniki çiyid isə Şirkətə məxsus yağ emalı zavodunda təkrar yağ istehsalında istifadə olunur. Texniki çiyid tərkibindəki qüsurlu çiyid payına görə 4 sənaye növünə bölünür.

P-Aqro Məhdud Məsuliyyətli Cəmiyyət

Haqqımızda

Cəmiyyətin tabeliyində 17 filial, Saatlı və Ucar rayonlarında yerləşən 2 pambıq emalı zavodları fəaliyyət göstərir. Saatlı Pambıq Emalı Zavodu illik 20 000 ton xam-pambıq və Ucar Pambıq Emalı Zavodu isə illik 40 000 ton xam-pambıq emal etmək gücünə malikdir. Cəmiyyətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir. “P-Aqro” MMC üzrə işçilərin sayı 906 nəfər təşkil edir. Cəmiyyətin balansında pambığın əkilməsi və becərilməsi üçün 1903 sayda müxtəlif müasir tipli kənd təsərrüfatı texnikaları və o cümlədən 118 ədəd “Belarus 1221” markalı traktor, 230 ədəd “Belarus 80-X” markalı traktor, 2 ədəd “Belarus 892” markalı traktor, 1 ədəd “Belarus 82.1” markalı traktor və 541 ədəd traktor qoşqusu mövcuddur.

“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “P-Aqro” MMC tərəfindən 2018-ci ildə 24 min hektar torpaq sahəsində pambıq əkilmiş, 36 min tondan çox xam pambıq tədarük edilmişdir. 2019-cu il mövsümündə 19000 ha əkinə yararlı və suvarılan torpaq sahələrində pambıq əkilməsi planlaşdırılmışdır.

17

Filiallarımız

2

Pambıq Emalı Zavodu

20K ton

Xam Pambıq
(Saatlı)

40K ton

Xam Pambıq
(Ucar)

Qalereya

Xəbərlər

Ən son xəbərlər haqqında daha ətraflı məlumat almaq və ya bütün xəbərləri görmək üçün
xəbərlər bölməsini ziyarət edin.

23.08.2019

Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Beyləqan rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.... Ardını oxu

18.07.2019

Pambıqçılıq Rayonlarında Vətəndaşlara Texniki Təhlükəsizlik Qaydaları İzah Olunur

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda pambıq əkini ilə məşğul olan fe... Ardını oxu

18.07.2019

Pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb

Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli müba... Ardını oxu